İzmirdə daha 15 miqrant xilas edilib
İzmirin Çeşmə rayonunda daha 15 qeyri-qanuni miqrant xilas edilib.
1766076

Yunanıstan dəniz mühafizəçiləri tərəfindən Türkiyə ərazi sularına geri qaytarılan 15 qeyri-qanuni miqrant quruya çıxarılıb.
TRT-nin Sahil Mühafizəsi Komandanlığının internet saytına istinadən verdiyi xəbərə görə yanvarın 19-da Çeşmə sahillərində xilasedici salda bir qrup nizamsız miqrant olduğu xəbəri üzərinə dəniz mühafizəçi qüvvələr hərəkətə keçərək Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına qaytarılan 15 qeyri-qanuni miqrantı xilas edib. Quruya çıxarılan miqrantlar vilayət Miqrasiya İdarəsinə cəlb olunublar.
Әlaqәli Xәbәrlәr

PKK-nın daha 9 üzvü zərərsizləşdirilib
İraqın şimalında separatçı terror təşkilatı PKK üzvü olan 9 terrorçu zərərsizləşdirilib.