Hulusi Akar İraq sərhədində yoxlamalar aparıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin  komandanları ilə İraq sərhədindəki hərbi qoşunlarda yoxlamalar aparıb.

1766384
Hulusi Akar İraq sərhədində yoxlamalar aparıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin  komandanları ilə İraq sərhədindəki hərbi qoşunlarda yoxlamalar aparıb.

Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüzlə birlikdə Şırnaka gedib.

Hava limanında vali Əli Həmzə Pehlivan və digər rəsmilər tərəfindən qarşılanan Akar İraq sərhədindəki qoşunlarda yoxlamalar aparıb.

23-cü Piyada Diviziya Komandanlığına da baş çəkənAkar sərhəd xəttində və sərhəddən kənarda olan qoşunların komandirləri ilə görüş keçirib.



Әlaqәli Xәbәrlәr