Türkiyənin Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanat verib
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam edəcəyik”, - deyə Milli Müdafiə Nazirliyininbəyanatında vurğulanıb.
Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi hissələri yeridildi.
Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində 147 nəfər öldürüldü, yüzlərlə adam da yaralandı.
Әlaqәli Xәbәrlәr

PKK-nın daha 9 üzvü zərərsizləşdirilib
İraqın şimalında separatçı terror təşkilatı PKK üzvü olan 9 terrorçu zərərsizləşdirilib.