"Ermənistanla ikinci görüşdə etimadın yaradılmasına dair addımlar müzakirə olunacaq", M.Çavuşoğlu

Xaric işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da  keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

1765899
"Ermənistanla ikinci görüşdə etimadın yaradılmasına dair addımlar müzakirə olunacaq", M.Çavuşoğlu

"Ermənistanla ikinci görüşdə etimadın yaradılmasına dair addımlar müzakirə olunacaq".

Bunu xaric işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da  keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi ilə bağlı suala cavab olaraq Çavuşoğlu bildirib ki, xüsusi nümayəndələr ilk görüşdə prosesin başlanmasının məqsədlərini və gözlənilənləri müzakirə ediblər.

Çavuşoğlu deyib:

"Ermənistanla məqsəd tam normallaşmadır. Biz bunu izah etmişik. Ermənistan da bundan çox razıdır. Amma tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin edilməsindən başqa hansı addımlar atıla bilər, növbəti iclasda bunun üzərində xüsusi nümayəndələr işləyəcək və etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.

Xarici işlər naziri Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı suala cavabən isə, bölgədəki gərginliyin azalacağına ümid etdiklərini ifadə edərək, həll yolu üçün dialoqa işarə edib.

“NATO-Rusiya və ABŞ-Rusiya dialoqu bu baxımdan həlledici olacaq” deyən Çavuşoğlu NATO-nun Rusiyaya şifahi cavab verdiyini, Rusiyanın təkliflərinə qarşı isə yazılı cavab verəcəyini bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ xarici işlər naziri Antoni Blinkenin İsveçrənin Cenevrə şəhərində görüşəcəklərini xatırladan Çavuşoğlu "Gərginlik davam edir və ciddidir. Biz də təmaslarımızı davam etdirəcəyik. Məqsəd gərginliyi azaltmaqdır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr