Türkiyə Əfqanıstana başsağlığı verib

Türkiyə Əfqanıstanın Badqis vilayətində baş verən zəlzələdə həyatını itirənlərlə əlaqədar başsağlığı verib.

1764323
Türkiyə Əfqanıstana başsağlığı verib

Türkiyə Əfqanıstanın Badqis vilayətində baş verən zəlzələdə həyatını itirənlərlə əlaqədar başsağlığı verib.

Xarici İşlər Nazirliyindən bununla bağlı verilən bəyanatda Əfqanıstanın qərbindəki Badqis vilayətində baş verən zəlzələdə ölənlərin, çoxlu sayda yaralının olduğu və evlərə ziyan dəydiyinin təəssüflə öyrənildiyi bildirilib.

Bəyanatda “Dost və qardaş əfqan xalqına, xüsusilə də zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyir, Türkiyənin hər zaman olduğu kimi hər cür humanitar dəstəyi verməyə hazır olduğunu bildiririk" ifadəsindən istifadə edilmişdir.

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) 5,3 bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın qərbindəki Badqis vilayətinin mərkəzi olan Kale-i Nev şəhərindən 41 kilometr şərqdə olduğunu açıqlayıb.

İndiyə qədər 22 adamın həyatını itirdiyi zəlzələdə qrupların bölgədəki axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr