Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın dəvəti ilə rəsmi görüşlər keçirmək üçün Albaniyanın paytaxtı Tiranaya gedib.

1763767
Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın dəvəti ilə rəsmi görüşlər keçirmək üçün Albaniyanın paytaxtı Tiranaya gedib.

Aralarında vitse-prezident Fuat Oktay və İstanbul valisi Əli Yerlikayanın da olduğu nümayəndə heyəti İstanbul Atatürk Hava Limanından Ərdoğanı yola salıb.

Prezident Ərdoğan bu il ilk xarici səfərini Albaniyaya edir.

Prezident Ərdoğanı Rama Tereza Beynəlxalq Hava Limanında Albaniya Prezidenti Rama mərasimlə qarşılayıb.

İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Ərdoğan və Rama mərasim qarovulunu salamlayaraq, nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

Ərdoğan və Rama daha sonra 2019-cu ildə Albaniyada baş verən zəlzələ nəticəsində evlərini itirən ailələr üçün Türkiyə tərəfindən tikilən evlərin təhvil verilməsi mərasimində iştirak etmək üçün Laç şəhərinə yola düşüblər.

Görüşlərdə strateji ortaqlıq səviyyəsində olan Türkiyə-Albaniya əlaqələri bütün ölçüləriylə nəzərdən keçiriləcək, əməkdaşlığın dərinləşdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

  Söhbətlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.

  Səfər çərçivəsində 2019-cu ildə Albaniyada baş verən zəlzələ zamanı həyatını itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində tikilən evlərin də təslim mərasimi olacaq.

  Türkiyə prezidenti R.T.Ərdoğan Albaniyanın paytaxtı Tiranda Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA tərəfindən bərpa edilən Ethem bəy məscidinin (Ethem Bey Camii) də açılışında iştirak və çıxış edəcək.



Әlaqәli Xәbәrlәr