Şimali Koreya namǝlum raketini sınaqdan keçirib

Cǝnubi Koreya ordusu Şimali Koreya  Xalq Demokratik Respublikasının  şǝrq istiqamətində namǝlum mərmi atdığını açıqlayıb.

1762583
Şimali Koreya namǝlum raketini sınaqdan keçirib

Cǝnubi Koreya ordusu Şimali Koreya  Xalq Demokratik Respublikasının  şǝrq istiqamətində namǝlum mərmi atdığını açıqlayıb.

Cənubi Koreyanın Birlǝşmiş Qǝrargah Rǝislǝri Komitǝsindǝn verilǝn bǝyanatda mǝsǝlǝ ilǝ bağlı ǝtraflı mǝlumat verilmǝyib.

Mǝlumata ǝsasǝn, Şimali Koreya  Xalq Demokratik Respublikası son 10 gündǝ üç raket sınaqdan keçirib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yanvarın 11-də hipersəs raket sınağının  uğurla həyata keçirildiyini açıqlamışdı.

Şimali Koreya lideri Kim Çen Inın izlədiyi sınaqda 1000 kilometr məsafədə sularda hədəfi uğurla vuran hipersəs raketi test edilib.

Yaponiya və Cənubi Koreya yanvarın 11-də Şimali Koreyanın ballistik olma ehtimalı yüksək olan raketi sınaqdan keçirdiyini elan etmişdi.  İki ölkə raketin səsdən 10 dəfə sürətli hərəkət etdiyini bildirmişdi.

Qeyd edǝk ki, Şimali Koreya yanvarın 5-dǝ hipersǝs raketini sınaqdan keçirdiyini  açıqlamışdı.



Әlaqәli Xәbәrlәr