Prezident Ərdoğan: "Türkiyə oyun quran, çirkin oyunları pozan ölkə mövqeyindədir"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Dənizçilik Gəmiqayırma yerində “TCG Ufuk” adlı test və təlim gəmisinin istismara verilməsi mərasimində iştirak edib.

1762831
Prezident Ərdoğan: "Türkiyə oyun quran, çirkin oyunları pozan ölkə mövqeyindədir"

"Türkiyə müdafiə sənayesi sahəsindəki satınalmaları sayəsində öz bölgəsində oyun quran, oynanan çirkin oyunları pozan bir ölkə mövqeyinə gəldi".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Dənizçilik Gəmiqayırma yerində “TCG Ufuk” adlı test və təlim gəmisinin istismara verilməsi mərasimində iştirakı zamanı deyib.

Müdafiə sənayemizin kritik layihələrində bir-birinin ardınca mühüm inkişafları yaşayaraq 2022-ci ilə yaxşı bir başlanğıc etdiyimizə inanıram” deyə bildirən Ərdoğan bunları deyib:

"Həyata keçirdiyi müdafiə sənayesi satınalmaları sayəsində Türkiyə öz bölgəsində oyunlar quran, oynanan çirkin oyunları pozan ölkə mövqeyinə gəldi. Əldə etdiyimiz irəliləyişlərlə bölgəsində söz sahibi olan bir ölkə olduq. Gözümüz kosmosdadır. Biz kosmos sahəsində həm buraxılış sistemləri, həm də peyk sistemləri üzərində işləməyə davam edirik".

Türkiyənin lazımi müdafiəsinin ancaq mavi vətənin ən yaxşı şəkildə müdafiəsi ilə mümkün ola biləcəyini vurğulayan dövlət başçısı onu da deyib ki, donanmamızı daha da gücləndirəcək bir çox layihələr həyata keçirmişik. Ölkəmizin ilk kəşfiyyat gəmisi olan "Ufuk" milli mühəndislik imkanları ilə inşa edilib. Ölkəmiz hazırda dünyada bir döyüş gəmisini dizayn edən, inşa eliyən və istismara verərək fəaliyyətini davam etdirə bilən 10 ölkəsi sırasındadır. Ölkəmizin tərsanələrində özümüzün ehtiyacları ilə yanaşı müxtəlif ölkələr üçün də gəmilər, qayıqlar inşa edilir. İndiyədək 25 ölkəyə 180 dəniz platforması ixrac etmişik. 

"TF-2000" hava hücumundan müdafiə sistemi üçün tenderin yaxın vaxtlarda başlayacağını bildirən Ərdoğan "Hədəfimiz müdafiə sənayesində tam müstəqil Türkiyədir. İnanıram ki, dünyada çox az sayda kəşfiyyat təşkilatına məxsus olan bu gəmi sayəsində dənizlərdə gücümüz artacaq. Təşkilatımızın növbəti hədəfi peyk sistemləri ilə kosmosda yerini tutaraq bunlardan ən təsirli şəkildə istifadə etmək olacaqdır. İndiyədək olduğu kimi qarşıdan gələn dövrdə də təşkilatımızı hər sahədə dəstəkləyərək böyük və güclü Türkiyənin qurulması yolunda mübarizəmizə daha çox töhfə verəməsinə imkan yaradacağıq" ifadələrdən istifadə etmişdir.



Әlaqәli Xәbәrlәr