“Hello Türkiye” adlı kampaniyaya start verilib

Ölkənin milli və beynəlxalq adının “Türkiye” kimi istifadə olunmasının beynəlxalq mediada daha effektiv şəkildə işıqlandırılması məqsədilə “Hello Türkiye” adlı kampaniyaya start verilib.

1762119
“Hello Türkiye” adlı kampaniyaya start verilib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin milli və beynəlxalq adının “Türkiye” kimi istifadə olunmasının beynəlxalq mediada daha effektiv şəkildə işıqlandırılması məqsədilə “Hello Türkiye” adlı kampaniyaya start verib.

Bu kontekstdə hazırlanan tanıtım videosu Prezidentliyin sosial media hesablarında paylaşılıb.

Videoda Türkiyənin müxtəlif yerlərində yaşayan əcnəbi turistlərin öz tələffüzü ilə “Hello Türkiye” deyərək mesajlarını göndərən görüntülər yer alıb.

Video qlobal "influencer"ların (sosial şəbəkədə təsirli olanlar) "#helloTürkiye" həştəqi ilə sosial media paylaşımları ilə bir çox ölkədə qarşılıqlı əlaqə yaradır.

Kampaniya ilə əcnəbilərin sosial media üzərindən Türkiyə adının müxtəlif dillərdə işlətmələrinin qarşısını alaraq “Türkiyə” ifadəsinin işlədilməsi hədəflənir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun mövzu ilə bağlı verdiyi açıqlamada Türkiyənin adının beynəlxalq mediada yalnız “Türkiye” kimi istifadə edilməsinə dair dekabr ayında Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə sərəncam yayıldığını xatırladıb.

Bu qərarın beynəlxalq aləmdə söz birliyinin yaradılması və türk markasının güclənməsi hədəfinə doğru atılan mühüm addım olduğunu bildirən Altun Türkiyənin hər sahədə olduğu kimi dil və ünsiyyətdə də özünü və kimliyini gücləndirdiyini vurğulayıb.

Türk markasını gücləndirmək üçün Türk Marka Ofisi quracaqlarını bildirən Altun bu ofisin Türkiyənin qlobal marka kimliyi sahəsində çalışacağını, ölkənin imicinin və marka dəyərinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Altun cəmiyyətin bütün təbəqələrinin bu mövzuda həssaslıq və dəstək göstərməsinin çox vacib olduğunu da vurğulayıb.



Әlaqәli Xәbәrlәr