Mustafa Şentop Rüstəm Umerovu qəbul edib

Mustafa Şentop paytaxt Ankarada Ukrayna-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüstəm Umerov və onu müşayiət edən parlament nümayəndə heyətini qəbul edib.

1761678
Mustafa Şentop Rüstəm Umerovu qəbul edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop paytaxt Ankarada Ukrayna-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüstəm Umerov və onu müşayiət edən parlament nümayəndə heyətini qəbul edib.

Şentop qəbulda Türkiyənin Ukraynadakı problemlərin sülh yolu ilə həlli üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib:

“Ukraynanın ərazi bütövlüyü və siyasi suverenliyinə tam dəstəyimizi bir daha təsdiqləmək istərdim”. 

Krımla bağlı “Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımayıb və tanımayacaq” deyən Şentop Krım tatarlarının yerli statusunun parlamentdə tanınmasının mühüm addım olduğunu da vacib addım  kimi qiymətləndirib.

Erməni tezislərini dəstəkləyən qanun layihələrinin geri götürülməsindən məmnunluğunu ifadə edən Şentop deyib:

"Bu cür işlərlə münasibətlərimizə kölgə salmaq istəyənlərin azlıq təşkil etdiyini və Ukrayna administrasiyasının bu məsələyə əvvəldən ehtiyatlı və prinsipial yanaşdığını bilirik. Ehtiyatlı yanaşmanın davam etməsini arzu edirik".



Әlaqәli Xәbәrlәr