Milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı ilə telefonla danışıb

Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefonla danışıb.

1760107

Nazirliyin "Twitter" səhifəsindən edilən paylaşımda bildirilib ki, qardaş Azərbaycanın müdafiə naziri Zakir Həsənov həmkarına başsağlığı verərək deyib: “Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".

Telefon söhbəhbətində ayrıca, hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətləri barədə də fikir mübadiləsi aparılıb. 

Әlaqәli Xәbәrlәr