“Qazaxıstanla bağlı istəyimiz budur ki…” M.Çavuşoğlu

Antaliyada təşkil edilən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankara Rayon Təşkilatı Müşavirə və Qiymətləndirmə Yığıncağında iştirak edən M.Çavuşoğlu buradakı çıxışında Qazaxıstandakı proseslərlə bağlı bunları söyləyib

1759563
“Qazaxıstanla bağlı istəyimiz budur ki…” M.Çavuşoğlu

 

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın tezliklə sabitliyə, dincliyə və barışa qovuşmasını istədiklərini bildirərək "Bununla bağlı Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik" deyib.

  Antaliyada təşkil edilən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankara Rayon Təşkilatı Müşavirə və Qiymətləndirmə Yığıncağında iştirak edən M.Çavuşoğlu buradakı çıxışında Qazaxıstandakı proseslərlə bağlı bunları söyləyib: “Türkiyənin xarici siyasətdə özünəməxsus yeri vardır. Biz hər hansı yerdə yaşayan soydaş və qohum birliklərinin dərdini öz dərdimiz kimi görürük.

  Türk dünyasının gələcəyi bizim qayğımızdır. Bu baxımdan Qazaxıstanda baş verən hadisələrdən kədərlənirik. Ölkədə baş verən prosesləri yaxından təqib edirik.

  Hörmətli ölkə başçısımız Türk Dövlətləri Təşkilatının dövri sədri olaraq Qazaxıstan prezidenti başda olmaqla, üzv ölkələrin rəhbərləri ilə danışıb. Mən də xarici işlər nazirləriylə söhbət etdim, müşahidəçi Macarıstan da daxil olmaqla. Yanvarın 10-da Xarici İşlər Nazirləri Toplantısı edəcəyik.

  İstəyimiz tezliklə Qazaxıstanın sabitliyə, dincliyə və barışa qovuşmasıdır. Bunun üçün Türkiyə olaraq, Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik. Digər üzv ölkələrin də, yəni bütün Türk dünyasının dərdi bizim də dərdimizdir. Bunu bütün dünya Qarabağ zəfərində gördü."



Әlaqәli Xәbәrlәr