Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (8 yanvar 2022)
Gündəlik yoluxma sayı 66.237-dir
1759388

Türkiyədə yeni tip korona virusundan (Covid-19) yanvarın 8-də 141 nəfər dünyasını dəyişib.
Bir gündə 418 min 264 test edilib. Gündəlik yoluxma sayı 66.237-dir.
Son 24 saatda sağalanların sayı 34.592-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 135 milyon 997 min 933 peyvənd vurulub.