Türkiyǝ Amerika Birlǝşmiş Ştatlarına başsağlığı verib

Türkiyǝ Amerika Birlǝşmiş Ştatlarının Filadelfiya şǝhǝrindǝ baş verǝn yanğın nǝticǝsindǝ hǝlak olanlarla bağlı bu ölkǝyǝ başsağlığı verib.

1757827
Türkiyǝ Amerika Birlǝşmiş Ştatlarına başsağlığı verib

 

Türkiyǝ Amerika Birlǝşmiş Ştatlarının Filadelfiya şǝhǝrindǝ baş verǝn yanğın nǝticǝsindǝ hǝlak olanlarla bağlı bu ölkǝyǝ başsağlığı verib.

Xarici İşlǝr Nazirliyindǝn verilǝn bǝyanatda deyilir: ‘‘Amerika Birlǝşmiş Ştatlarının Filadelfiya şǝhǝrindǝki bir binada baş verǝn yanğın nǝticǝsindǝ çox sayda adamın yaralanması vǝ hǝlak olması ilǝ bağlı xǝbǝr bizi kǝdǝrlǝndirib. ABŞ xalqına vǝ hökumǝtinǝ dǝrin hüznlǝ başsağlığı veririk, yaralananlara şǝfa dilǝyirik’’.

Qeyd edǝk ki, şǝhǝrdǝki 3 mǝrtǝbǝli binada baş verǝn yanğında 13 nǝfǝr hǝyatını itirib, 2 nǝfǝr dǝ yaralanıb.



Әlaqәli Xәbәrlәr