Ömər Çelik: "Bu razılıq olduğu üçün artıq Türkiyə Ermənistanla normallaşma addımları atmaqdadır”

Ömər Çelik Partiyasının Mərkəzi İcraiyyə Heyətinin (MKYK) növbəti iclası davam edərkən mətbuata açıqlama verib.

1754453
Ömər Çelik: "Bu razılıq olduğu üçün artıq Türkiyə Ermənistanla normallaşma addımları atmaqdadır”

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik Partiyasının Mərkəzi İcraiyyə Heyətinin (MKYK) növbəti iclası davam edərkən mətbuata açıqlama verib.
MKYK toplantısının əsas gündəminin daxili, xarici və siyasi hadisələrlə yanaşı sosial siyasətlər olduğunu ifadə edən Ö. Çelik iclasda iqtisadiyyatla bağlı təqdimat və qiymətləndirmələrin böyük ölçüdə müzakirə edildiyini bildirib.

Ö. Çelik Türkiyə-Ermənistan münasibətləri ilə bağlı deyib:

"Bu normallaşma prosesi o şərtlə baş tuta bilər ki, Ermənistan bəyan etdiyimiz prinsiplər çərçivəsində Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətindən əl çəksin".

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə güclü iradə nümayiş etdirdilər və Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək “3+3” formatını irəli sürdülər.

Partiya rəsmisi Ermənistanın qeyri-konstruktiv mövqeyinin ilk növbədə özünə zərər vurduğunu qeyd edib: “Cənab Prezidentimiz də dəfələrlə ifadə etdi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilk növbədə özünə zərər verir. Ona görə də Ermənistanın həm “3+3” formatına qoşulması, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi ortaya çıxdı. Rəcəb Tayyib Ərdoğanın da ən həssas yanaşdığı məsələ Azərbaycanın bu prosesə müsbət yanaşması idi. Bu razılıq olduğu üçün artıq Türkiyə Ermənistanla normallaşma addımları atmaqdadır”.

Ö. Çelik vurğulayıb ki, bu prosesin baş tutması üçün Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünə hazırlıq gedir.

Çelik çıxışında Yunanıstanın Aralıq dənizində qaçqınlara qarşı zorakılığını da tənqid edib.

"Demokratiya və insan haqları haqqında böyük danışanların bütün demokratiyalarını Aralıq dənizində kiçik qayıqlarda necə basdırdıqlarını görürük. Həm Frontex, həm də Yunanıstanın ortaya qoyduğu geri itmələr miqrantları ölümə buraxmaq, onları ölümə sövq etmək üçün birbaşa cəhdlərdir" ifadələrdən istifadə etmişdir.



Әlaqәli Xәbәrlәr