Türkiyə Banqladeşə başsağlığı verib

Türkiyə Banqladeşə sərnişin bərəsində baş verən yanğın nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

1752096
Türkiyə Banqladeşə başsağlığı verib

Xarici İşlər Nazirliyinin başsağlığı mesajında: “Banqladeşin paytaxtı Dəkkədən 250 kilometr cənubda, Jhalokathi şəhərində səhər radələrində baş verən bərə yanğınında 30-dan çox insanın öldüyü, 100-dən çox insanın yaralandığı xəbəri ölkəmizdə kədərlə qarşılanıb. Yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Dost və qardaş Banqladeş xalqına və hökumətinə başsağlığı veririk”.

Qeyd edək ki, bu gün səhər Banqladeşdə Suqandha çayında sərnişin bərəsində yanğın baş verib və ilk məlumatlara görə 38 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr