Mövlud Çavuşoğlu: "Xarici siyasətdə prioritetimiz diplomatiyadır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin geniş coğrafiyada diplomatik təşəbbüs üstünlüyünə əsaslanan real xarici siyasət yürütdüyünü bildirib.

1752030
Mövlud Çavuşoğlu: "Xarici siyasətdə prioritetimiz diplomatiyadır"

"Türkiyə geniş coğrafiyada diplomatik təşəbbüs üstünlüyünə əsaslanan real xarici siyasət yürüdür".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Əlaqələr Şurası Dərnəyinin (UİK) onlayn təşkil etdiyi Beynəlxalq Təhlükəsizlik Akademiyasının bağlanış iclasındaetdiyi çıxışda deyib.

Rusiya ilə Ukrayna, Rusiya ilə NATO arasında rəqabətin təhlükəli həddə çatdığını qeyd edən Çavuşoğlu deyib:

"Rusiya ilə geniş əlaqələrimiz olduğuna görə öz prinsiplərimizi və Ukrayna ilə yaxın münasibətlərimizi yox sayacaq deyilik. Bu kimi bir çox çətin tənliklərdə biz dövrün ruhu və milli təhlükəsizliyimizin tələb etdiyi hər şeyi edirik. Bu, çətin işdir, lakin diplomatiya da bunun üçün var”.

Xarici siyasəti milli dəyərlər və maraqlar, sahədəki həqiqətlər, imkan və qabiliyyətlər üzərində qurduqlarını vurğulayan Çavuşoğlu prinsiplərdən güzəşt etmədən diplomatiyanı realist yanaşma ilə həyata keçirdiklərini söyləyib.

Milli təhlükəsizliyin ən mühüm təminatlarından birinin Türkiyənin çəkindirici gücü olduğunu qeyd edən Çavuşoğlu çəkindirici gücə sahib olmaq üçün hərbi güc, əhali və iqtisadi güc kimi faktlarla yanaşı, təsirli diplomatiyanın da lazım olduğuna diqqət çəkib.

Geniş bir coğrafiyada diplomatik təşəbbüs üstünlüyünə əsaslanan real xarici siyasət yürütdüklərini vurğulayan Çavuşoğlu deyib ki, hadisələrin bizi idarə etməsinə imkan vermədən, reaktiv yox, diplomatiyaya proaktiv yanaşırıq.

Diplomatiyaya hər zaman üstünlük verdiklərini və bundan sonra da edəcəklərini qeyd edən Çavuşoğlu Liviyadan Şərqi Aralıq dənizinə və Suriyaya qədər “öncə diplomatiya” dediklərini vurğulayıb.

Çavuşoğlu "Diplomatiyanın əngəlləndiyi vaxtda belə meydana çıxdıq. Bu əzm milli güc və çəkindirmə qabiliyyətimizi qavrayışımızı xeyli artırdı. Təkcə regionumuzda deyil, bütün dünyada" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr