Prezident Ərdoğan: “Dünən açıqladığımız proqram öz məqsədinə çatdı”

Prezident Rəcəb Tayyib Ərdoğan valyuta məzənnəsini azad bazar iqtisadiyyatı qaydaları çərçivəsində ölkə reallıqlarına uyğun səviyyəyə çatdırmaq üçün açıqladıqları proqramın öz məqsədinə nail olduğunu bildirib.

1751116
Prezident Ərdoğan: “Dünən açıqladığımız proqram öz məqsədinə çatdı”

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qrup Toplantısında etdiyi çıxışında bu barədə danışıb

Türkiyənin 10 illik müddətdə hər cür sınaqdan keçirildiyini, iqtisadiyyat ilə əlaqəli təhdidlərə məruz qaldığını, əleyhinə məkrli tələlərin qurulduğunu ifadə edən prezident Ərdoğan: “Gecə yarısı başlayan və fasiləsiz davam edən maliyyə oyunları ilə ölkəmizin zəiflədilməsinə çalışıldı. Lakin buna icazə vermədik. Bu prosesdə üz-üzə gəldiyimiz bütün maneələri aradan qardırmaq üçün güçlü mübarizə apardıq. Allahın köməkliyi və millətin dəstəyi ilə əleyhimizə hazırlanan bütün ictimai, siyasi, psixoloji və iqtisadi planları puça çıxararaq əzm və qətiyyətlə yolumuza davam etdik. Biz bu ölkəni hədəflərindən ayırmadıq, böyük və qüdrətli Türkiyə uğrunda lazımlı addımları atdıq və atmaqda davam edirik. Xalqın faiz və inflyasiya qarşısında əziyyət çəkməsinə icazə vermiyəcəyik. Bunun üçün yeni bir yol izləməyə başladıq və arzu etdiyimiz nəticənin əldə ediləcəyinə inanıram. Sərbəst bazar iqtisadiyyatı qaydaları çərçivəsində valyuta məzənnəsini ölkəmizin reallıqlarına uyğun səviyyəyə çatdırmaq üçün açıqladığımız proqram öz məqsədinə çatdı”-deyə prezident vurğulayıb.



Әlaqәli Xәbәrlәr