Hulusi Akar Bosniya və Herseqovinanın Baş Qərargah rəisini qəbul edib

Dekabrın 21-də milli müdafiə naziri Hulusi Akar Bosniya və Herseqovinanın Baş Qərargah rəisi general-leytenant Senad Masoviçi qəbul edib.

1750704

H. Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin rəsmi dəvəti ilə Türkiyəyə gələn Masoviçlə Milli Müdafiə Nazirliyində görüşüb.

Baş Qərargah rəisi ordu generalı Gülərin də iştirak etdiyi görüşdə nazir Akarın Türkiyə ilə Bosniya və Herseqovina arasında ortaq keçmişi, həmrəylik və etimad əlaqələrini vurğuladığı bildirilib.

Nazir Hulusi Akarın Türkiyənin Bosniya və Herseqovinanın sülh, sabitlik və bütövlüyünə verdiyi önəmi, iki ölkə arasında hərbi təlim və əməkdaşlığın daha da artırılması üçün səylərin sürətləndirilməsinin zəruriliyini ifadə etdiyi də vurğulanıb.

Әlaqәli Xәbәrlәr