"Türkiyə-Afrika tərəfdaşlığında yeni bir dövrə qədəm qoyduq", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

1750203
"Türkiyə-Afrika tərəfdaşlığında yeni bir dövrə qədəm qoyduq", R.T. Ərdoğan

“Biz Afrikanı təhdidlərin çox olduğu yer kimi deyil, onu yüksələn güc kimi görürük”. 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

Prezident İstanbulda keçirilən 3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi ilə bağlı "Afrika liderlərini növbəti dəfə ölkəmizdə qonaq etdik. Sammitimiz də əvvəlkilər kimi çox uğurlu keçdi. Həmkarlarımla ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdik. Nazirlərimizin iştirakı ilə təşkil olunan sessiyalarda bir çox mümkün addımları müzakirə etdik" deyib.

"İnanıram ki, bu sammitlə Türkiyə-Afrika tərəfdaşlığında yeni bir dövrə qədəm qoyduq. Məqsədimiz ticarət həcmimizi 50 milyard dollara, daha sonra 75 milyard dollara çatdırmaqdır”deyə dövlət başçısı bildirib.



Әlaqәli Xәbәrlәr