Türkiyə Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinə reaksiya verdi

Türkiyədən Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinə təbii qaz axtarışı icazəsi reaksiyası...

1742360
Türkiyə Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinə reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Şərqi Aralıq dənizində "ExxonMobil-Qətər Petroleum" ortaqlığı konsorsiumuna dırnaqarası 5-ci parsel adlanan ərazidə təbii qaz axtarışı icazəsinin verilməsinə reaksiya göstərərək, bunun bir hissəsinin Türkiyənin kontinental şelfini pozduğunu bildirib.

“Cənubi Kıbrıs Rum İdarəsinin ölkəmizin və Kıbrıs Türklərinin hüquqlarını gözdən yayındıraraq, təktərəfli elan etdiyi dırnaqarası 5 nömrəli sənəd sahəsi üçün "ExxonMobil-Qətər Petroleum" ortaqlığına qaz axtarma icazəsi verməsi xəbəri Şərqi Aralıq dənizində həqiqətdə kimin gərginliyin tərəfində olduğunu açıq şəkildə göstərir" ifadələrdən istifadə etmişdir.

Sözügedən lisenziya sahəsinin bir hissəsinin Türkiyənin Şərqi Aralıq dənizindəki kontinental şelfini pozduğunu vurğulayan Bilgiç bu birtərəfli addımın həm də Kıbrıs adasının ortaq sahibləri olan Kıbrıs türklərinin hüquqlarını gözardı etdiyini bildirib. 

T. Bilgiç "Türkiyə əvvəllər olduğu kimi heç bir xarici ölkə, şirkət və ya gəminin dəniz yurisdiksiyalarımızda karbohidrogen kəşfiyyatı fəaliyyəti ilə məşğul olmasına heç vaxt icazə verməyəcək, ölkəmizin və Şimali Kıbrıs Türk Cümhuriyyətinin ( ŞKTC) hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr