Mustafa Şentop beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Polşa səfəri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

1742617
Mustafa Şentop beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırıb

"Başda Avropa ölkələri olmaqla dünyadakı ölkələr bir araya gələrək miqrasiya məsələsində yol xəritəsi hazırlamalıdır".

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Polşa səfəri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Polşaya səfərinin səmərəli keçdiyini bildirən Şentop Türkiyə ilə Polşa arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu və bunun daha da inkişaf etdirilməsi üçün səy göstərdiklərini bildirib.

M.Şentop Polşa-Belarus sərhədindəki qaçqın böhranı ilə əlaqədar suala cavab olaraq, bu məsələnin iki ölçüsü olduğunu ifadə edib.

Köç məsələsinin dünyada əhəmiyyətli bir problem olduğunu vurğulayan Şentop deyib:

"Türkiyə artıq 10 ildir ki, 5 milyona yaxın mühacirə ev sahibliyi edir. Dünyada qeyri-qanuni miqrasiya ilə bağlı ən böyük problemi olan ölkə Türkiyədir. Bununla belə, bu məsələ təkcə müəyyən ölkələri deyil, həm də qonşu ölkələri narahat edən qlobal məsələdir".

Bu mövzuda hər kəsin üzərinə düşən məsuliyyəti üzərinə götürməsinin vacibliyinə diqqət çəkən M.Şentop "Dünya ölkələri, xüsusən də Avropa ölkələri bir araya gəlib miqrasiya məsələsi ilə bağlı yol xəritəsini müəyyən etməli və məsuliyyəti müəyyən ölkələrin üzərinə qoymamalıdırlar. Bütün dünya buna görə məsuliyyət daşıyır, bəzi ölkələrin isə məsuliyyəti daha çoxdur, çünki o ölkələri yaşayış üçün yararsız edən bəzi böyük ölkələrin siyasətidir. Ona görə də onlar törətdikləri problemin məsuliyyətini öz üzərlərinə götürməlidirlər. Əks halda bütün dünyanı çətinliklərlə qarşı-qarşıya qoyacaq daha ciddi problemlərlə gələcək illərdə üzləşə bilərik" deyə bildirib.



Әlaqәli Xәbәrlәr