Türkiyə dəniz artilleriyası istehsalına başlayıb

“Türkiyə inkişaf etdirdiyi milli dəniz artilleriyası ilə bu silah sistemini istehsal edən azsaylı ölkələr  arasına daxil olub, bunu  Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1742021
Türkiyə dəniz artilleriyası istehsalına başlayıb

Prezident Ərdoğan paytaxt Ankarada keçirilən Maşınqayırma və Kimya Sənayesi (MKE) Dəniz Artilleriyası Quru Atış Proqramına videomüraciət  ünvanlayıb.

Ərdoğan deyib: “Bu gün Türkiyə Müdafiə Sənayesi üçün tarixi gün hesab edilir. Dəniz artilleriyası, donanmaların əvəzsiz elementi kimi ön plana çıxan silah sistemləridir. Döyüş gəmilərinin vurucu gücü olan bu silah sistemləri döyüşdə mühüm rol oynayır. Bir il əvvəl müdafiə sənayesini yerliləşdirmək səylərimiz  çərçivəsində bu güclü silahın istehsalına başlayaraq   bir çox  sahələrdə olduğu kimi, dəniz topu tədarükündə də ölkəmizin  xaricə asılılığını aradan qaldırdıq".

Ərdoğan, “Türkiyə indi inkişaf etdirdiyi milli dəniz artilleriyasi  ilə bu silah sistemini istehsal edən azsaylı ölkələr  arasına  daxil olub”-deyə prezident Ərdoğan vurğulayıb.   



Әlaqәli Xәbәrlәr