Türkiyə Rusiya və Ukraynaya sakit olmağı və gərginliyi azaltmağı tövsiyə edib

Xarici işlər naziri Çavuşoğlu, NATO Xarici İşlər Nazirləri Toplantısına qatılmaq  üçün  səfərdə  olduğu Latviyanın paytaxtı Riqada jurnalistlərin gündəmə dair ünvanladıqları  sualları  cavablandırıb.

1741293
Türkiyə Rusiya və Ukraynaya sakit olmağı və gərginliyi azaltmağı tövsiyə edib

Nazir Ukraynanın NATO-ya üzvlüyü ilə əlaqəli sula: “Türkiyə alyansın genişlənməni dəstəkləyir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan  başda olmaqla bu  fikrimizi həm  NATO sammitlərində, həm də nazirlər toplantılarında səsləndirdik. Çavuşoğlu bir jurnalistin ünvanladığı “Rusiyanın təcavüzkar rəftarını neçə dəyərləndirirsiniz?” sualına isə: “Hər iki tərəflə də (Rusiya və Ukrayna) təmaslarımız davam edir. Türkiyə  olaraq   həm Rusiyaya həm də  Ukraynaya gərginliyi azaldacaq  addımlar  atmağı və daha sakit qalmağı  tövsiyə edirik. Yaxın keçmişdə iki ölkənin  Xarici işlər  nazirləri  Sergey Lavrov və Dmitri Kuleba ilə görüşdüm. Cümə günü isə prezidentimiz cənab Ərdoğan  Rusiya prezidenti Vladimir Putin ilə danışacaq. Bu gün Dmitro Kuleban ilə burada sabah isə Stokholmda Rusiya  Xarici işlər naziri ilə görüşəcəyəm.  Yəni  hər iki  ölkə ilə  danışıqlarımız davam edir”.

Çavuşoğlu Rusiyaya qarşı mümkün sanksiya tətbiqinə dair suala cavabən də : “Türkiyə sanksiya tətbiqi ilə problemlərin həll edəcəyinə inanmır. Bunun əvəzinə mənalı bir çəkindirmə olmasının vacibliyini  düşünür. Yəni çəkindirmə və dialoq arasında düzgün balans olmlıdır. Heç kim Ukraynaya və ya başqa bir ölkəyə təkbaşına sanksiyalarla kömək edə bilməz”-deyə Çavuşoğlu bildirib.



Әlaqәli Xәbәrlәr