TSQ-nin terrora qarşı mübarizəsi davam edir

Türk silahlı qüvvələrinin Bingöl vilayətinin Genç rayonunda separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirdiyi “Əren Qış-6” əməliyyatında terrorçuların istifadə etdiyi bunker tapılıb.

1741330
TSQ-nin terrora qarşı mübarizəsi davam edir

TRT-nin Bingöl icra həkimiyyət başçılığından yayılan məlumata əsaslandırdığı xəbərə görə vilayət Jandarma Komandanlığı, rayonunun ətrafında həyata keçirilən “Ərən Qış-6” əməliyyatı çərçivəsində iki nöqtədə axtarış aparıb. Nəticədə aşkarlanan və separatçı terror təşkilatı PKK üzvlərinin istifadəsində olan 3 otaqlı bunkerdə 20 kiloqram ammonium nitrat, 10 ov tüfəngi, müxtəlif tibbi və həyat ləvazimatları ələ keçirilib.



Әlaqәli Xәbәrlәr