Süleyman Soylu livanlı həmkarı Bessam Mövlevi ilə telefonla danışıb

Daxili işlər naziri Süleyman Soylu livanlı həmkarı Bessam Mövlevi ilə telefon danışığı aparıb.

1740606
Süleyman Soylu livanlı həmkarı Bessam Mövlevi ilə telefonla danışıb

Daxili işlər naziri Süleyman Soylu livanlı həmkarı Bessam Mövlevi ilə telefon danışığı aparıb.

Livanın Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Soylu ilə Mövləvi arasında keçirilən görüşdə iki ölkənin təhlükəsizliyini qorumaq üçün göstərilən səylərin əhəmiyyəti vurğulanıb.

Nazir Soylu bildirib ki, Türkiyə Livan Daxili İşlər Nazirliyinə tabe olan Daxili Təhlükəsizlik Qüvvələri və digər təhlükəsizlik bölmələrinə dəstəyini davam etdirməyə hazırdır.

Türkiyənin Beyrutdakı səfirliyi Livana yardım çərçivəsində noyabrın 5-də Livan Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Qüvvələrinə 3000 ərzaq bağlaması bağışlamışdı.

Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi sentyabrın 10-da Livan Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Qüvvələri Baş İdarəsini fərdi mühafizə vasitələri ilə təmin edib.

Fərqli din və məzhəblərə əsaslanan siyasi parçalanmalar baxımından çox kövrək bir quruluşa malik olan Livan iqtisadiyyatı 1975-1990-cı illər vətəndaş müharibəsindən bəri ən böyük böhranı yaşayır.

Türkiyə 4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan dərin sarsılan Livana müxtəlif yardımlarla dəstək verməyə davam edir.



Әlaqәli Xәbәrlәr