Türkiyə kömür mədənində həyatını itirənlərə görə Rusiyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi Rusiyanın Kemerovo vilayətində kömür mədənində baş verən qəzada ölən və yaralananlara görə təəssüfləndiyini bildirib

1739289
Türkiyə kömür mədənində  həyatını itirənlərə görə Rusiyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi Rusiyanın Kemerovo vilayətində kömür mədənində baş verən qəzada ölən və yaralananlara görə təəssüfləndiyini bildirib.

XİN-in yaydığı açıqlamada rus xalqının kədərinə şərik olaraq həlak olanların yaxınlarına və Rusiya hökumətinə başsağlığı verilib, yaralılara şəfa arzulanıb.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətində kömür şaxtasında kömür tozunun alışması nəticəsində yanğın baş verib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə hadisə nəticəsində 52 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr