"Türkiyə bu sahədə dünyanın ən sürətli, effektiv və praktiki cavab sisteminə sahibdir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə zəlzələ fəlakətindən sonra tikilən mənzillərin təhvil verilməsi mərasimində çıxış edib.

1739361
"Türkiyə bu sahədə dünyanın ən sürətli, effektiv və praktiki cavab sisteminə sahibdir", R.T.Ərdoğan

"Türkiyə təbii fəlakətlər qarşısında dünyanın ən sürətli, ən təsirli və praktiki cavab sisteminə sahibdir".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə zəlzələ fəlakətindən sonra tikilən mənzillərin təhvil verilməsi mərasimində etdiyi çıxışda deyib.

Zəlzələ qurbanlarının (bir il əvvəl İzmirdə baş verən zəlzələdə) problemlərini həll etmək üçün gecə-gündüz çalışdıqlarını vurğulayan Ərdoğan deyib:

“Biz heç kəsi ac, açıq, müdafiəsiz, sahibsiz və köməksiz qoymamışıq. Yaxınlarını qurban verənlərin, dağılmış evlərinin acısını yaşayan vətəndaşlarımızın hər bir problemini əlavə problem yaratmadan həll etmişik”. 

Elazığda və Malatyada bir il kimi qısa müddətdə sökülən yeni binaları necə tikdiksə, İzmirdə də eyni şeyi etdik. Ölkəmizə və vətəndaşlarımıza verdiyimiz sözləri yerinə yetirdik”-deyə Ərdoğan bildirib.



Әlaqәli Xәbәrlәr