BƏƏ Şahzadəsi Türkiyəyə gəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollar vəsait ayırdığı açıqlanıb.

1738284
BƏƏ Şahzadəsi Türkiyəyə gəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollar vəsait ayırdığı açıqlanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanı Prezident Sarayında qəbul edib. Bu mühüm səfər kritik sahələrdə əldə olunan razılaşmalarla yekunlaşıb.

İki ölkə arasında ticarət, energetika, ətraf mühit, nəqliyyat, limanlar, infrastruktur layihələri və investisiyalar sahəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Nümayəndə heyətləri arasında keçirilən görüşə də Ərdoğan və əl-Nəhyan sədrlik ediblər.

İki ölkə arasında münasibətlərdə yeni eranın qapısını açacaq bütün kritik mövzular müzakirə edilib. İnvestisiyalar, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Liviya və Suriya başda olmaqla regional inkişaflar müzakirə edilib.

Görüşlər yekunlaşdıqdan sonra imzalanma mərasimi olub. Ticarət, enerji, neft-kimya, texnologiya, nəqliyyat, infrastruktur, səhiyyə və ətraf mühit sahələrində əməkdaşlığı inkişaf etdirəcək anlaşma memorandumlarından əlavə olaraq, Türkiyəyə birbaşa investisiyaları əhatə edən sazişlər də imzalanıb.

Əbu Dabi Tərəqqi Holdingin icra heyəti sədri Məhəmməd Həsən əl-Suvaidi BƏƏ-nin Türkiyə iqtisadiyyatına 10 milyard dollar həmində sərmayə qoymaq üçün fond ayırdığını açıqlayıb.

Prezident Ərdoğan daha sonra əl-Nəhyanın şərəfinə şam yeməyi verib.

Prezident Kompleksində şam yeməyi mətbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr