Prezident Ərdoğan: “Terrora qarşı mübarizədə güclü həmrəyliyə zərurət var”

Prezident Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) fərari üzvləri və onların rəhbərlərinin Türkiyəyə ekstradisiyası ilə bağlı digər ölkələrdən güclü həmrəylik gözlədiklərini bildirib.

1737437
Prezident Ərdoğan: “Terrora qarşı mübarizədə güclü həmrəyliyə zərurət var”

İstanbulda Beynəlxalq Polis Təşkilatının (İnterpol) 89-cu Baş Assambleyasının iclası keçirilir.

Prezident Ərdoğan, daxili işlər naziri Süleyman Soylunun da iştirak etdiyi  Haliç Konqres Mərkəzində keçirilən tədbirə videomüraciət ünvanlayıb. Ərdoğan: “Xüsusən FETÖ qaçaqlarının və separatçı təşkilat rəhbərlərinin ölkəmizə təhvil verilməsi ilə bağlı güclü həmrəylik gözləyirik. 15 iyul 2016-cı ildə çevrilişi cəhdi ilə demokratiyaya zərbə  endirmək istəyən, günahsızları qətlə yetirən terrorçuların cəzasız qalmalarına icazə verilməməlidir”.

 Qeyd edək ki, Bu il Baş Assambleyanın iclasında 160-dan çox ölkə nazir, nazir müavini, müşavir, beynəlxalq təşkilat nümayəndəsi seviyyəsində təmsil olunur. Tədbir çərçivəsində İnterpolun yeni sədri, vitse-prezidentləri və İcraiyyə Komitəsi üzvləri müəyyənləşdiriləcək.



Әlaqәli Xәbәrlәr