Türkiyə Sudanda cərəyan edən siyasi proseslərə münasibət bildirib

Türkiyə, Sudanda keçid prosesinə qayıdılmasını və baş nazir Abdalla Hamdukun yenidən hökumət rəhbərliyi vəzifəsini  üzərinə götürməsini yüksək qiymətləndirib.

1736714
Türkiyə Sudanda cərəyan edən siyasi proseslərə münasibət bildirib

TRT xəbər verir  ki, Türkiyənin Xarici İşlər Nazirliyi  Sudanda cərəyan edən siyasi proseslər ilə əlaqəli  açıqlama verib. Nazirliyin şərhində: “Sudanda Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhan və baş nazir Abdullah Hamdukun Konstitusiya Bəyannaməsi çərçivəsində keçid prosesinə qayıtmaları və baş nazirin yenidən vəzifəyə başlaması mövzusunda  razılıq  əldə  edilməsi sevindiricidir. Türkiyənin Sudan və Sudan xalqına dəstəyi  davam edəcək. Ölkənin keçdiyi həssas prosesdə Sudan xalqının bütün təbəqələrinin gözləntilərinin nəzərə alınması, ölkədə sülh və sabitliyin qorunması ən vacib məsələdir. Türkiyə  bu sahədə  atılan addımları yüksək qiymətləndirir”.



Әlaqәli Xәbәrlәr