Terror təşkilatı PKK-ya qarşı “Eren Qış-6” əməliyyatına start verilib

Türkiyənin Tunceli şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı “Eren Qış-6” əməliyyatı başlayıb.

1736013
Terror təşkilatı PKK-ya qarşı “Eren Qış-6” əməliyyatına start verilib

Türkiyənin Tunceli şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı “Eren Qış-6” əməliyyatı başlayıb.

Daxili İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Tuncelidə “Eren Qış-6 əməliyyatı”na start verildiyi qeyd edilib.

Bəyanatda ölkədə terrorun tamamilə aradan qaldırılması üçün həyata keçirilən "Eren" qış əməliyyatlarının vətəndaşların dəstəyi ilə “inanclı” və “qərarlı” şəkildə uğurla davam etdiyi vurğulanıb.

Daxili işlər naziri Süleyman Soylu “Millətimizin yaşadığımız yerlərdə sülh və əmin-amanlıq içində həyatını davam etdirməsi üçün gecə-gündüz mübarizə aparan, dağlarda və çöllərdə terrorçuları qovalayan qiymətli təhlükəsizlik qüvvələrimiz və jandarmımız bu gün səhərdən "Eren Kış-6" əməliyyatına 1060 personal ilə start vermişdir. Əməliyyat Tuncelidə Mərcan dağları bölgəsində keçiriləcək" deyib.



Әlaqәli Xәbәrlәr