Hulusi Akar terroru sona çatdırmaqda qərarlı olduqlarını bildirib

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin 40 ildir enerjisini tükəndirən terrorun kökünü kəsməkdə qərarlı olduqlarını bildirib.

1735636
Hulusi Akar terroru sona çatdırmaqda qərarlı olduqlarını bildirib

Hulusi Akar Kaysəridə Erciyes Universiteti Mədəniyyət Mərkəzi və Universitetin 2021 - 2022 Tədris İlinin Açılış Mərasimində çıxış edib.

Akar: “Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya və İraqın şimalında həyata keçirdiyi uğurlu əməliyyatlar ilə sərhədlərin və xalqın təhlükəsizliyini təmin edərkən, bir tərəfdən də cənub sərhədlərində terror bəlasına qarşı lazımlı tədbirlər görür. Eyni vaxtda sərhədyanı əməliyyatlarla 1 milyondan çox suriyalının sağ-salamat öz torpaqlarına qayıtmasını təmin edən TSQ bu əməliyyatları həyata keçirməsəydi, ölkəmiz və regionumuz daha böyük təhlükələrlə üzləşəcəkdi. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız qonşularımızın ərazi bütövlüyünə hörmət çərçivəsində artan templə davam edəcək”.



Әlaqәli Xәbәrlәr