“Lovie Awards” "TRT World" kanalını 3 mükafata layiq görüb

"TRT World" onlayn məzmunların layiq görüldüyü ən nüfuzlu media mükafatı “Lovie Awards”dan 3 mükafat alıb.

1735128
“Lovie Awards” "TRT World" kanalını 3 mükafata layiq görüb
trt world.jpg

"TRT World" onlayn məzmunların layiq görüldüyü ən nüfuzlu media mükafatı “Lovie Awards”dan 3 mükafat aldı.

Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyası (IADAS) tərəfindən təqdim edilən 11-ci "Lovie" mükafatlarına 30 Avropa ölkəsindən minə yaxın iştirakçı qatılıb.

"TRT World" kanalının "Anladacaq bir hekayəm var" (I've Got a Story to) adlı rəqəmsal video serialı "Müxtəliflik, Bərabərlik və İnklüzivlik" kateqoriyasında "Qızıl Lovie" (Gold Lovie) mükafatını qazanıb.

Abdullah İlığın çəkdiyi və montaj etdiyi video seriyası həmin zamanda təxminən 55 min nəfərin ictimai səsverməsində ən çox bəyənmə toplayaraq "People's Lovie Award" mükafatına da layiq görülüb.

Ahmer Khan prodüserliyində və "TRT World" kanalının digər bir namizədi olan "Eşq cihadı" (Love Cihad) adlı əsər də "Qızıl Lovie" mükafatını alıb.

Baş prodüser Tülin Tezelin prodüserlik etdiyi “Eşq Cihadı” filmi də xəbər və siyasət kateqoriyasında finala yüksəlib.

IADAS-ın İdarə Heyətinin sədri və POKE Londonun kreativ partnyoru Nikolas Roope açıqlamasında belə deyib:

""TRT World" rəqəmsal yenilik və yaradıcılıq bacarığı nümayiş etdirərək öz kateqoriyasında fərqləndi. Bu mükafat onu yaradıcılarının bacarıq, yaradıcılıq və dünyagörüşünə sübutdur".

"TRT World"un Digital üzrə müdiri Əhməd Əl Amraoui də qeyd edib ki, "Gold Lovie" və "People Lovie Awards" mükafatları "TRT World" kanalının bir neçə il əvvəlki başlanışından bu yana ən yüksək istehsal standartları ilə insani dəyərlərini qoruyan jurnalistikanı qoruyub saxlamaqda uğurunu əks etdirir. Jurnalistlər, reportyorlar, redaktorlar və qrafik dizaynerlərdən ibarət müxtəlif heyətimiz yerli hekayələri qlobal tamaşaçılara çatdırmağa kömək edir. Mən komanda ilə fəxr edirəm və əminəm ki, daha çox mükafatlar qazanacağıq

"Gold Lovie" texnologiya yenilikçilərindən ibarət qlobal bir tədbir olan Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyası tərəfindən verilən ən yüksək tanınma qabiliyyəti mükafatı kimi tanınır.



Әlaqәli Xәbәrlәr