Türkiyə Burkina-Fasodakı terror aktını qınayıb

Türkiyə Burkina-Fasoda 32 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.

1734377
Türkiyə Burkina-Fasodakı terror aktını qınayıb

Türkiyə Burkina-Fasoda 32 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.

Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında bildirilib ki, 14 noyabrda Burkina-Fasonun Sahel bölgəsində törədilən terror aktı nəticəsində 28 jandarma əməkdaşı və 4 mülki vətəndaşın həyatını itirdiyi, çox sayda yaralının olduğu təəssüflə öyrənilib. Bu mənfur terror aktını şiddətlə qınayırıq. Hücum zamanı həyatını itirənlərin ailələrinə, dost və qardaş Burkina-Faso xalqına və hökumətinə başsağlığı verir, yaralananlara şəfa diləyirik.



Әlaqәli Xәbәrlәr