“Makron Fransanın xarici siyasətini Türkiyə düşmənliyi üzərində qurur”, Ö.Çelik

AK Partiyanın Mərkəzi Qərar və İdarə Heyətindəki çıxışında Ö.Çelik sözügedən mövzu ilə bağlı deyib...

1734263
“Makron Fransanın xarici siyasətini Türkiyə düşmənliyi üzərində qurur”, Ö.Çelik

 

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Fransa prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan şərhlərinə "Makronun Rusiya və Türkiyənin Liviyada olması ilə bağlı sözləri qalmaqaldır" deyə cavab verib.

  AK Partiyanın Mərkəzi Qərar və İdarə Heyətindəki çıxışında Ö.Çelik sözügedən mövzu ilə bağlı deyib: “Fransa prezidenti E.Makronun Rusiya və Türkiyənin Liviyada olması ilə bağlı sözləri qalmaqaldır. Türkiyəni “xarici əsgər” adlandırması qəsdli bir şərhdir. Makron bütün çıxışlarında Türkiyəni hədəfə alır, Fransanın xarici siyasətini Türkiyə düşmənliyi üzərində qurur.

  Ölkə başçımız Afrikaya gedir, baxırıq ki, Fransa xəbər agentlikləri "Ərdoğanın Afrikada nə işi var?" başlıqları atır. Dərhal rəqabətə girirlər. Afrikanı özünün sənədli mülkü görən Fransa Türkiyə prezidentinin Afrikaya getməsini təhdid hesab edir.

  Makronun Türkiyə əsgərlərini geri çəkməsi çağırışı qalmaqaldır. Türkiyə hərbi təlimlərlə əlaqədar oradadır. “Xarici əsgər” statusunda Türkiyənin qiymətləndirilməsi səhvdir. Makronun xarici siyasətini Türkiyə əleyhdarlığı üzərində icra etməsi yanlışdır. Burada rəqabət yerinə həmrəylik daha faydalı olar."



Әlaqәli Xәbәrlәr