“Azərbaycanın 44 günlük savaşı 30 illik işğala nöqtəni qoydu”, M.Şentop

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya 8 Noyabr Azərbaycan Vətən Müharibəsi Zəfər Günü ilə bağlı göndərdiyi təbrik mesajında türkiyəli həmkarı Mustafa Şentop yazıb...

1730645
“Azərbaycanın 44 günlük savaşı 30 illik işğala nöqtəni qoydu”, M.Şentop

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qarabağ Zəfərinin 1-ci ildönümü münasibətilə Azərbaycan xalqı və hökumətini təbrik etdi.

  Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya 8 Noyabr Azərbaycan Vətən Müharibəsi Zəfər Günü ilə bağlı göndərdiyi təbrik mesajında türkiyəli həmkarı Mustafa Şentop yazıb: "Dost və qardaş Azərbaycan xalqını Türkiyə xalqı və öz adımdan ən səmimi duyğularla təbrik edirəm.

  Vətən Müharibəsi nəticəsində “İki dövlət, tək millət” şüarıyla icra etdiyimiz Azərbaycan Zəfərinin coşqusunu paylaşırıq.

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cəsarətli liderliyi sayəsində Azərbaycan 44 gündə tarix yazaraq 30 il davam edən işğala nöqtəni qoydu. Bu haqlı mübarizə nəticəsində 2020-ci ilin 8 noyabrında hamımız üçün böyük mənası olan Şuşa xilas edildi. Azərbaycan hökuməti  xalqının meydandaki zəfərini 9 noyabr 2020-ci il tarixli Üçlü Sülh Müqaviləsi ilə taclandırdı.

  Qarabağ vətəni mübarizəsi uğrunda şəhidlik mərtəbəsinə yüksələn əziz qəhrəmanları rəhmət və hörmətlə yad edirik.

  Dost və qardaş Azərbaycan xalqına can sağlığı və rifah, zat-alinizə və timsalınızda Azərbaycan Milli Məclisinin qiymətli üzvlərinə uğurlar diləyirik."



Әlaqәli Xәbәrlәr