İbrahim Kalın: “Türkiyə olmadan regional promlemlərə həll yolu tapmaq çətindir”

İbrahim Kalın Ankara Musiqi və Vizual İncəsənətlər Universitetinin 2021-2022-ci tədris ilinin açılış mərasimində iştirak edib

1729614
İbrahim Kalın: “Türkiyə olmadan regional promlemlərə həll yolu tapmaq çətindir”

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Ankara Musiqi və Vizual İncəsənətlər Universitetinin 2021-2022-ci tədris ilinin açılış mərasimində iştirak edib.

  Mərasimdən sonra jurnalistlərin gündəmə dair mövzularla əlaqəli ünvanladıqları sualları cavablandıran İ.Kalın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 Sammiti  çərçivəsində ABŞ prezidenti Co Baydenlə  bir araya gəldiyini xatırladaraq deyib: “Cənab Ərdoğan ABŞ prezidenti Bayden ilə məhsuldar, gözəl və konstruktiv görüş keçirdi. Bu həm uzunmüddətli, həm də məzmunca son dərəcə  səmərəli  oldu. İki lider  danışıq zamanı Türkiyə-Amerika münasibətlərinin düzgün strateji rejimə qovuşdurmaq mövzusunda razılığa gəldi. Bunu regional ikitərəfli məsələlərdə əks etdirəcək mexanizm yaradılması mövzusunda qərara gəlindi.  Sözmövzusu mexanizm Xarici İşlər Nazirliyimizin koordinasiyası ilə ən qısa zamanda yaradılacaq. Bizə verilən tapşırıqlar çərçivəsində işimizi davam etdirəcəyik”.

Əfqanıstan, Şərqi Aralıq dənizi, Suriya, Qafqaz, Liviya kimi hazırda dünya siyasətinə birbaşa təsir edən bütün geosiyasi problemlərdə Türkiyənin olduğunu ifadə edən  Kalın,  bu problemlərin həlli  ilə əlaqəli  izlənəsi siyasi yol müəyyənləşdirmək  və  planlar hazırlamaq Türkiyə olmazdan  mümkün deyil -deyib.  



Әlaqәli Xәbәrlәr