“Müjdəni verəcəyəm, bir az səbir edin”, R.T.Ərdoğan

Prezident Aparatında güvən məktublarını təqdim edən səfirləri qəbulunun sonra jurnalistlərə açıqlamasında Ərdoğan sözügedən mövzuda deyib...

1728988
“Müjdəni verəcəyəm, bir az səbir edin”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə təbii qazı çıxarmağa başladıqlarında müjdəni verəcəklərini söylədi.

  Prezident Aparatında güvən məktublarını təqdim edən səfirləri qəbulunun sonra jurnalistlərə açıqlamasında Ərdoğan sözügedən mövzuda deyib: “Ölkənin dörd bir tərəfini üst quruluş xidmətləri ilə təchiz etdik. Bu xidmət yarışı həmişə sürdü və dünyanın da müxtəlif ölkələrində bu fürsəti əldən vermədik.

  Qitələri gəzdik. Afrikanın 52 ölkəsinə getdik. Amerika qitəsində, o cümlədən, Latın Amerikasında dəfələrlə olduq. Bu yerlərə də daim ölkəmizin mesajlarını daşıdıq. Ölkəmizi tanımayanlara özümüzü tanıtdıq və tanıtmağa davam edirik”.

  Enerji ilə bağlı Türkiyənin çətinlikləri aşdığını söyləyən Ərdoğan bu barədə bunları deyib: "Qara dənizdə təbii qazı çıxarmağa başladığımızda, inşaallah, müjdəni verəcəyəm, bir az səbir edin. Təbii qaz çıxan kimi yalnız dövlətin deyil, eyni zamanda, vətəndaşın da kassasına girəcək."



Әlaqәli Xәbәrlәr