Narıncı kateqoriyada axtarışda olan terrorçu təslim olub

Terror təşkilatı PKK-dan qaçan və axtarışda olan terrorçular siyahısında narıncı kateqoriyada olan bir terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

1726137

Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, nazirliyin koordinasiyasında Jandarma Baş Komandanlığı və Polis İdarəsi tərəfindən həyata keçirilən inandırma səyləri nəticəsində terror təşkilatı PKK-dan qaçan bir terrorçu bu gün təhlükəsizlik güclərinə təslim oldu.

Açıqlamada təslim olan təşkilat üzvünün 2010-cu ildə terror təşkilatına qoşulduğu, terrorçuluğa görə axtarışda olanlar siyahısında narıncı kateqoriyada yer aldığı və İraqda fəaliyyət göstərdiyi qeyd edilib.

Açıqlamada vurğulanıb ki, davam edən inandırma səyləri nəticəsində 2021-ci ildə təslim olan təşkilat üzvlərinin sayı 167-yə yüksəlib.

Әlaqәli Xәbәrlәr