İraqın şimalında genişmiqsaylı əməliyyat həyata keçirilib

İraqın şimalında Avaşin bölgəsində şiddətli qarşıdurmaların baş verdiyi terror yuvası Kartal təpədə bölücü terror təşkilatı PKK üzvü çox sayda terrorçu zərərsizləşdirilib.

1725640

Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 21-də İraqın şimalındakı Avaşin bölgəsində başlatdığı əməliyyat davam edir.

Kartal təpə bölgəsi sərhəd xəttində döyüş təyyarələri və haubitsalardan güclü atəşə tutulub. Komandolar və xüsusi təyinatlılar helikopterlərlə əraziyə endirilib.

Bölgəni mühasirəyə alan Türkiyə əsgəri oktyabrın 22-də qurudan irəliləməyə başlayıb və bölgədə şiddətli toqquşmalar baş verib.

Xüsusilə tunelə oxşar bir mağarada kütlə şəklində bir qrup terrorçu sıxışırılıb. Ərazi mühasirəyə alınıb. “Təslim ol” çağırışlarına atəşlə cavab verən çox sayda terrorçu zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, qaça bilməyəcəklərini anlayan çox sayda təşkilat üzvü təslim olmaq məcburiyyətində qalıb.

Әlaqәli Xәbәrlәr