“Çadlıların dəstəyini unutmaq mümkün deyil”, R.T.Ərdoğan

Türkiyə başçısı 2021-ci ilin 7-18 dekabr tarixlərində İstanbulda III Türkiyə-Afrika Ortaq Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq bildirdi...

1725933
“Çadlıların dəstəyini unutmaq mümkün deyil”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatları və silahlı müxalif qruplarla eyni zamanda mübarizə aparan Çad dövləti ilə hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrindəki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını söylədi.

  Paytaxt Ankaraya rəsmi səfərə gələn Çad Keçid Dövrü dövlət başçısı Mahamat İdris Debi İtno ilə təkbətək və heyətlərarası görüşlərdən sonra təşkil edilən ortaq mətbuat konfransında Ərdoğan söhbətlər zamanı Türkiyə və Çad arasındakı əlaqələri hər ölçüdə necə daha irəliyə daşıya biləcəklərinə dair fikir mübadiləsi apardıqlarını bildirərək keçid dövründə Türkiyənin Çada hər cür dəstək verməyə hazır olduğunu vurğuladı.

  Türkiyə başçısı 2021-ci ilin 7-18 dekabr tarixlərində İstanbulda III Türkiyə-Afrika Ortaq Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq bildirdi: "Qiymətli qardaşımı da tədbirdə öz aramızda görmək istəyirik. Çadla əməkdaşlığımızı hər sahədə daha irəliyə aparmağa qərarlıyıq. Bu baxımdan təhsil fəaliyyətləri ilə əlaqədar Türkiyə Maarif Fondu, inkişaf layihələri və yardımlarla bağlı Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), nizamlı uçuşlarıyla Türkiyə Hava Yolları və qeyri-hökumət təşkilatları iki ölkə əlaqələrinə mühüm töhfələr verir."

  "Fətullahçı terror təşkilatına (FETÖ) qarşı mübarizədə çadlı bacı-qardaşlarımızın dəstəyini unutmaq mümkün deyil" deyən Ərdoğan onu da söylədi ki, "Emceminədəki FETÖ dəstəkli məktəblərin 2017-ci ildə Türkiyə Maarif Fonduna təhvil verilməsinə görə minnətdarıq. Terror təşkilatları və silahlı müxalif qruplarla eyni zamanda mübarizə aparan Çadla hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrindəki əməkdaşlığımızı da inkişaf etdirməyə hazırıq".

  Çad Keçiş Dövrü dövlət başçısı Mahamat İdris Debi İtno da öz növbəsindəki çıxışında bunları dedi: “İkitərəfli əməkdaşlıq çərçivəsində yeni müqavilələr imzaladıq. Çad və Türkiyə 500 illik tarixi əlaqələrə malik ölkələrdir."



Әlaqәli Xәbәrlәr