"Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar”, R.T. Ərdoğan

Prezident Ərdoğan Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbulda keçirilən Türk Şurası mediaforumuna videomüraciət ünvanlayıb.

1723503
"Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar”, R.T. Ərdoğan

"Necə ki, müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Yaşadığımız acı təcrübələrdən hasil olan nəticə budur. Türk dünyası olaraq bu istiqamətdə də birlikdə addımlamalıyıq”..

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbulda "Köklü keçmiş, güclü gələcək" şüarı altında keçirilən Türk Şurası mediaforumuna ünvanladığı videomüraciətində deyib.

Prezident Ərdoğan bunları söyləyib:

"Heç bir ölkə və ya cəmiyyət nə qədər inkişaf etmiş olsa da, rəqəmsal faşizmin dağıdıcı təsirindən azad deyil. Türk dünyası rəqəmsal faşizmlə yanaşı beynəlxalq medianın ikili standartından da əziyyət çəkir. Xüsusilə 44 gün davam edən Dağlıq Qarabağ müharibəsi zamanı şahidi olduğumuz ikiüzlü mövqe məsələsinin ölkələrimiz baxımından önəmini ortaya qoymuşdur. Ermənistan ordusunun dinc vətəndaşları hədəf alan qətliam və ballistik raket hücumları heç vaxt gündəmə gətirilməyib. Media müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdilər. Qarabağ müharibəsi ölkələrimiz və türk dünyası ilə bağlı faktlara qarşı mətbuat embarqosunun nə ilk, nə də sonuncu nümunəsidir. Dırnaqarası soyqırım iddiaları başda olmaqla tariximizə, milli təhlükəsizliyimizə və millətimizin dəyərlərinə hədəflənən bir çox mövzuda bənzər yanaşmalarla qarşılaşırıq. Acı təcrübələrimizin işığında hamımız bu həqiqəti açıq-aşkar görə bilirik. Müdafiə sənayesi və hərbi məsələlərdə tamamilə əcnəbilərə güvənmədiyimiz kimi, informasiya mövzusunda da başqalarına etimadımız yoxdur. Bizə davamlı olaraq insan haqları, demokratiya və azadlıq dərsləri verənlərin vicdanına və peşə etikasına etibar edə bilmərik. Digər strateji məsələlərdə olduğu kimi, biz media və informasiyada da öz işimizi görməliyik. Necə ki, müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Yaşadığımız acı təcrübələrdən hasil olan nəticə budur. Türk dünyası olaraq bu istiqamətdə də birlikdə addımlamalıyıq”.Köklü keçmiş, güclü gələcək teması ilə təşkil etdiyimiz forumun bizə bu nöqtədə güclü bir platforma qazandıracağına ümid edirik. Biz dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi, milli informasiya texnologiyalarının inkişafı, ortaq mədəniyyətə üstünlük verən film və serial layihələri kimi mövzularda əməkdaşlığımızı gücləndirmək istəyirik. Ümid edirəm ki, kritik bir zamanda və səriştəli adların iştirakı ilə keçirilən forum bizi bu hədəflərə bir addım da yaxınlaşdıracaq”.



Әlaqәli Xәbәrlәr