Türkiyə-Afriqa qitəsi arasındaki əlaqələr sürətlə inkişaf edir

2003-cü ildə “Türkiyə ilə Afrika ölkələri arasında “Ticarət və İqtisadi Əlaqələrin İnkişafı Strategiyaları” həyata keçirildikdən sonra Nigeriya ilə Türkiyə arasındaki əlaqələr sürətlə inkişaf etdi. Bunu Ticarət naziri Mehmet Muş deyib.

1722912
Türkiyə-Afriqa qitəsi arasındaki əlaqələr sürətlə inkişaf edir

Türkiyə-Nigeriya İş Forumu, Xarici İqtisadi Əlaqələr Şurası (DEIK) Türkiyə-Nigeriya İş Şurası və Nigeriya Ticarət və Sənaye Palataları Federasiyasının əməkdaşlığı ilə paytaxt Abujada keçirilib.

Foruma, Ticarət naziri Mehmet Muş, Nigeriya Ticarət, Sənaye və İnvestisiya Naziri Otunba Niyi Adebayo, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) prezidenti Nail Olpak da daxil olmaqla çox sayda iş adamı qatılıb.

Nazir Muş tədbirdə etdiyi çıxışında: “Afrika qitəsi ilə iqtisadi əlaqələr 2003 -cü ildə ‘Afrika Ölkələri ilə Ticarət və İqtisadi Əlaqələrin İnkişafına dair Strategiyalar’ həyata keçirildikdən bəri sürətlə inkişaf edir”. Nazir qeyd edib ki, 2003-cü ildə Türkiyə-Afrika ticarət həcmi 5,4 milyard dollar olarkən, 2020-ci ildə 25,3 milyard dollara yüksəlib. Türkiyənin Afrikaya ixracatı isə 2 milyard dollardan 15 milyard dollara çatıb. Nazir Muş həmçinin vurğulayıb ki, Nigeriya Türkiyənin Afrika qitəsindəki altıncı, Qara Afrika ölkələri arasında isə birinci ən böyük ticarət tərəfdaşıdır.



Әlaqәli Xәbәrlәr