Türk əsgərinin Mali və Mərkəzi Afrika Respublikasındakı vəzifə müddəti uzadılıb

Mali və Mərkəzi Afrika Respublikasındakı Türkiyə əsgərlərinin vəzifə müddətinin 1 il uzadılması ilə bağlı təklif Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində qəbul edilib.

1722096
Türk əsgərinin Mali və Mərkəzi Afrika Respublikasındakı vəzifə müddəti uzadılıb

Mali və Mərkəzi Afrika Respublikasındakı Türk əsgərlərinin vəzifə müddətinin 1 il uzadılması ilə bağlı təklif Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində qəbul edilib.

Türkiyə əsgərlərinin Mali və Mərkəzi Afrika Respublikasındakı vəzifə müddətinin bir il uzadılması üçün hazırlanan Prezident qanun layihəsi Məclisin ümumi iclasında müzakirə edilib.

Qəbul edilən sənəddə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyalarına qatılmağa dəvət edildiyi bildirilib.
"Afrikada regional sabitliyə və sülhə təhlükə yaradan humanitar və siyasi böhranların həllinə hərbi töhfə vermək" məqsədi ilə Türk əsgəri bölgədə vəzifə icra edir" ifadə edilib.

Sözügedən təklif Məclisin ümumi iclasında qəbul edilib.

Türk əsgəri 2016-cı ildən Mali və Mərkəzi Afrika Respublikasında vəzifə icra edir.



Әlaqәli Xәbәrlәr