"TRT World Forum"da iqlim böhranı ilə mübarizə yolları müzakirə edilib

Nik Bridj "Türkiyə çox əhəmiyyətli bir iqtisadiyyatdır. Həm də aşağı və sıfır karbon istehsal edə bilməsi baxımından da əhəmiyyətli bir ölkədir" deyib.

1722304
"TRT World Forum"da iqlim böhranı ilə mübarizə yolları müzakirə edilib

"Türkiyə çox əhəmiyyətli bir iqtisadiyyatdır. Həm də aşağı və sıfır karbon istehsal edə bilməsi baxımından da əhəmiyyətli bir ölkədir".

Bunu İngiltərə Xarici İşlər Nazirliyi İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Nik Bridj "Güc və Paradoks: 21 -ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusunda təşkil edilən "TRT World Forum 2021"-də "Strateji Təhdid Olaraq İqlim və Qlobal Sağlamlıq Böhranları" başlıqlı iclasda deyib.
"TRT World"un aparıcısı Raşel Rublenin təqdimatında keçirilən iclasa İngiltərə Xarici İşlər Nazirliyinin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Nik Bridj, Hollandiyanın Xarici İşlər Nazirliyinin keçmiş strateji siyasət müşaviri və ekoloq müəllif Alexander Verbeek, Prinston Universitetində vəzifəli prof. Robert O. Keohane, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İctimai Sağlamlıq və Ekologiya Ofisinin direktoru Maria Neira, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru John N. Nkengasong və Qlobal İnstitutunun direktoru Jonathan Patz Viskonsin-Madison qatılıb.

İngiltərənin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Bridj noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP26) bir araya gələcək hökumətlərin Paris İqlim Sazişi çərçivəsində öhdəliklərini artıracaqlarını, xüsusilə ən həssas ölkələrə veriləcək dəstəyin müzakirə olunacağını vurğulayıb.

Bridj Türkiyənin Paris İqlim Sazişini ratifikasiya etməsini qiymətləndirərək, "Prezident Rəcəb Tayyib Ərdoğanın Paris İqlim Sazişinin ratifikasiyası ilə bağlı açıqlaması çox önəmli idi. Başqa sözlə, 2053-cü ilə qədər karbondan neytrallaşma öhdəliyi, son dərəcə əhəmiyyətli addımlardır. Türkiyə çox əhəmiyyətli bir iqtisadiyyatdır. Aşağı karbon və sıfır karbon istehsal qabiliyyəti baxımından da önəmli bir ölkədir. Hazırda Avropa ölkələrinin yaşıl strategiyaları var. Türkiyə iqtisadiyyatının da bu keçidi dəstəklədiyini görmək çox xoşdur" deyib.



Әlaqәli Xәbәrlәr