"TRT World Forum" bu gün başlayır

"TRT World Forum" 5-ci ilində "Güc və Paradoks: 21-ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusu ilə bu gün başlayır.

1721133
"TRT World Forum" bu gün başlayır

"TRT World Forum" 5-ci ilində "Güc və Paradoks: 21-ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusu ilə bu gün başlayır.

Türkiyə Radio və Televiziya Qurumu (TRT) tərəfindən yayılan açıqlamaya görə, 2017-ci ildən bəri dünyanın əhəmiyyətli qlobal problemlərinə həll axtaran "TRT World Forum" cari il də dünyanın dörd bir tərəfindəki akademikləri, qeyri-hökumət təşkilatlarını, ziyalıları, siyasətçiləri, mütəxəssislər və mətbuat nümayəndələrini bir araya gətirəcək.

Forumda öz sahələrində mütəxəssis olan dünya şöhrətli adlar 16 sessiyada son illərin görkəmli siyasi və sosial mövzularını və problemlərini müzakirə edəcəklər.

Qlobal humanitar böhranlar, beynəlxalq təhlükəsizlik siyasəti, güc məhdudiyyətləri və qlobal ədalət mübahisələri kimi mövzularda keçiriləcək panellərlə bütün insanlığı narahat edən məsələlərə də toxunulacaq.

Açılış niqtini dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  edəcəyi tədbir oktyabrın 20-də başa çatacaq. 

Tədbirin açılış hissəsində Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və TRT-nin baş direktoru Zahid Sobacı da çıxış edəcəklər. 

5-ci "TRT World Forumu üçün qeydlər https://www.trtworldforum.com/trt-world-forum-2021/ ünvanından edilə biləcək.



Әlaqәli Xәbәrlәr