Prezident Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

1721413
Prezident Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Dövlət başçısı bu barədə özünün tviter səhifəsində yazıb.

“Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimiz can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm”, - deyə Ərdoğan təbrikində qeyd edib.

Dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.



Әlaqәli Xәbәrlәr