Fəxrəddin Altun "TRT World Forum"un açılış hissəsində çıxış edib

Fəxrəddin Altun qlobal problemlərin qlobal həll yolları tələb etdiyinə diqqət çəkərək, Türkiyənin beynəlxalq sistemdəki çətinliklərə cavab vermək üçün addımlar atdığını bildirib.

1721839
Fəxrəddin Altun "TRT World Forum"un açılış hissəsində çıxış edib

Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri  Fəxrəddin Altun qlobal problemlərin qlobal həll yolları tələb etdiyinə diqqət çəkərək, Türkiyənin beynəlxalq sistemdəki çətinliklərə cavab vermək üçün addımlar atdığını bildirib.

F. Altun cari il 5-ci dəfə keçirilən "TRT Dünya Forumu 2021" ə "Güc və Paradoks: 21-ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusunda video mesaj göndərib.

Yeni növ koronavirus (Covid-19) böhranının dünyanın soyuq müharibənin bitməsindən bəri mümkün olan ən pis zamanda düçar olduğunu deyən Altun 2020-ci ildə dünyanın müxtəlif yerlərində bir çox beynəlxalq münaqişənin həll olunmamış qaldığını bildirib.

O, bu prosesin dövlətlərin uzunmüddətli strategiyalar yaratmağa və qlobal təhdidlərlə mübarizəyə diqqət yetirmələrini çətinləşdirdiyini ifadə edib.

 Fəxrəddin Altun beynəlxalq təşkilatların humanitar fəlakətlərdən qlobal iqlim dəyişikliyinə qədər qlobal problemləri daha səmərəli şəkildə həll edə bilmələri üçün təcili islahatlara ehtiyac duyduğunun görüldüyünü vurğulayıb. 

Türkiyənin beynəlxalq sistemdəki çətinlikləri izlədiyini və onlara cavab vermək üçün addımlar atdığını qeyd edən Altun "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında xarici siyasət strategiyamızı təkcə təhlükəsizlik problemlərimizə deyil, həm də regional və qlobal problemlərə də həll edəcək şəkildə gözdən keçirdik. Yaxın ətrafımızdakı toqquşmaların həllini xarici siyasətimiz üçün vacib olan prioritetləri arasına daxil etdik. Türkiyənin xarici siyasət qurucuları Suriya, Liviya və İraqdakı münaqişələri həll etmək üçün fərqli təşəbbüslər irəli sürdülər.Ayrıca Şərqi Aralıq dənizi və Azərbaycan-Ermənistan münaqişəsi də daxil olmaqla bütün böhran tərəfdarları dialoq və təsisedici diplomatiyaya qatılmağa dəvət etdik. Cənab Prezidentimiz bu ölkələrə bu sahələrdəki böhranları müzakirə etmək və həll etmək üçün beynəlxalq konfranslar keçirməyə dəvət etdik" deyib.

Böhran zamanlarında super qüvvələrin liderlik rolunu oynamasını gözləmək əvəzinə, məqsədlərə çatmaq üçün güclərini birləşdirmələrinin vacibliyini dilə gətirən Altun "TRT World Forum"dakı çıxışların və müsahisələrin də bu hədəflərə çatmağa kömək edəcəyinə ümid etdiyi diləyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr