Bu ölkələrin Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb

Türkiyədə  vəzifə icra edən 10 ölkənin səfiri  iş adamı Osman Kavala davası ilə bağlı yaydıqları  açıqlamalara  görə Xarici İşlər Nazirliyinə çağırılıb.

1721445
Bu ölkələrin Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb

TRT-nin diplomatik mənbələrə əsaslandırdığı xəbərə görə, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankara səfirləri Osman Kavalaya qarşı davam edən məhkəmə işi ilə əlaqədar açıqlamalarına görə Nazirliyə çağırılıblar. Bildirilib ki, sözügedən ölkələrin  Ankaradakı səfirləri  sosial media hesablarında, Kavalaya qarşı davam edən iddianın Türkiyədə demokratiya və qanunun aliliyinə kölgə saldığını iddia edərək bu şəxsin azad edilməsini istəyiblər.



Әlaqәli Xәbәrlәr